"Arsenal" alman hücumçu üçün 75 milyon avro ödədi

11:40 - 29 İyun 2023

İngiltərənin "Arsenal" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Çelsi"dən Kay Havertsi rənglərinə bağlayıb. Bu barədə "topçular"ın rəsmi saytı məlumat yayıb.

"Arsenal" alman hücumçu üçün qarşı tərəfə 75 milyon avro təzminat ödəyib. 24 yaşlı forvard yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Çelsi" Kay Havertsi 2020-ci ilin yayında Leverkuzen "Bayer"indən transfer etmişdi. Almaniya millisinin üzvü "mavilər"in heyətində son mövsümdə meydana çıxdığı 47 rəsmi matçda 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti