Argentina millisinin üzvü "Qalatasaray"a keçir

11:58 - 29 İyun 2023

Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-dən Leandro Paredesin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "Tutto Mercato" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" argentinalı orta xətt oyunçusu üçün Paris təmsilçisinə 6 milyon avro təzminat ödəyəcək. 29 yaşlı yarımmüdafiəçi 4 illik müqaviləyə qol çəkəcək. Onun illik qazancı 2,5 milyon avro təşkil edəcək.

Qeyd edək ki, PSJ Leandro Paredesi 2019-cu ilin yanvar ayında "Zenit"dən transfer edib. Argentina millisinin üzvü son mövsümü icarə əsasında "Yuventus"da keçirib. Təcrübəli futbolçu Turin təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti