İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Lill"in yarımmüdafiəçisi Timoto Veanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Yuventus" amerikalı vinger üçün Fransa klubuna 12 milyon avro təzminat ödəyib. "Qoca sinyora" 23 yaşlı ön xətt oyunçusu ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Lill" Timoti Veanı 2019-cu ilin yayında PSJ-dən transfer etmişdi. ABŞ millisinin üzvü son mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi