Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Yuventus"la müqaviləsi başa çatan Xuan Kuadradonu transfer etmək istəyir. "Sarı-lacivərtlilər" 35 yaşlı yarımmüdafiəçiyə illik 4 milyon avro maaş olmaqla 2 illik müqavilə təklif edib.
Qeyd edək ki, "Yuventus" Xuan Kuadradonu 2015-ci ilin yayında "Çelsi"dən transfer edib. Kolumbiya millisinin üzvü son mövsümdə İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi