"Çelsi"nin futbolçusu "Milan"da

21:08 - 29 İyun 2023

İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Çelsi"dən Ruben Loftus-Çiki rənglərinə bağlayıb. "Rossonerilər" 27 yaşlı yarımmüdafiəçi üçün İngiltərə klubuna 16+4 milyon avro ödəyəcək. "Milan" İngiltərəli orta xətt oyunçusu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ruben Loftus-Çik "Çelsi"nin yetirməsidir. Təcrübəli futbolçu son mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 33 matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti