"Barselona"nın futbolçusu Premyer Liqaya qayıda bilər

11:26 - 30 İyun 2023

"Barselona"nın yarımmüdafiəçisi Ferran Torres yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, 23 yaşlı vingerin xidmətində "Aston Villa" maraqlıdır. Bu barədə Fabritsio Romano məlumat yayıb. Birmingem təmsilçisi ispan futbolçunu bir mövsümlük icarəyə götürmək üçün danışıqlara start verib.

Qeyd edək ki, "Barselona" Ferran Torresi 2022-ci ilin yanvar ayında "Mançester Siti"dən transfer edib. İspaniya millisinin üzvü Kataloniya təmsilçisinin heyətində son mövsümdə meydana çıxdığı 45 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti