"Qalatasaray" fransalı hücumçunu istəyir

14:18 - 30 İyun 2023

Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər v erir ki, İstanbul təmsilçisi "Braqa"da çıxış edən Simon Banzanı transfer etmək istəyir. "Sarı-qırmızılar" 26 yaşlı forvard üçün Portuqaliya klubu ilə danışıqlara başlayıb. Klubu 2027-ci ilədək müqaviləsi olan ön xətt oyunçusu üçün 8 milyon avro tələb edir.

Qeyd edək ki, "Braqa" Simon Banzanı 2022-ci ilin yayında "Lans"dan transfer edib. Fransalı forvard Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 47 matçda 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti