Fransa klubu "Atletiko"nun futbolçusunu transfer etdi

17:08 - 30 İyun 2023

Fransanın "Marsel" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Atletiko"dan Joffrey Kondoqbyanı rənglərinə bağlayıb. "Marsel" 30 yaşlı yarımmüdafiəçi üçün İspaniya klubuna 8 milyon avro təzminat ödəyib. Təcrübəli orta xətt oyunçusu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Atletiko" Joffrey Kondoqbyanı 2020-ci ilin yayında "Valensiya"dan transfer etmişdi. Afrikalı futbolçu son mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti