Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Polşada təşkil olunan III Avropa Oyunlarında dördüncü oyununu keçirib.
Sportal.az xəbər verir ki, yığmamız 5-8-ci yerlər uğrunda görüşdə Ukraynanı 7:6 hesabı ilə məğlub edib. Komandamızın qollarını Amid Nəzərov (3), Elşad Manafov (2), Orxan Məmmədov və İsa Zeynallı vurublar.
Azərbaycan millisi qrup mərhələsində Polşa, Portuqaliya və İspaniyaya məğlub olmuşdu.
Qeyd edək ki, millimiz iyulun 1-də Moldova ilə 5-ci yer uğrunda matça çıxacaq.
saytlarin hazirlanmasi