Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, ərəblər "Real Sosyedad"ın yarımmüdafiəçisi Takefusa Kuboya təklif göndərib. 22 yaşlı vinger 4 illik müqavilə üçün 160 milyon avroluq təklifi rədd edib. Gənc oyunçu Avropada qalmaq niyyətindədir.
Qeyd edək ki, "Real Sosyedad" Takefusa Kubonu 2022-ci ilin yayında Madrid "Real"ından transfer edib. Yaponiya millisinin üzvü son mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 9 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi