Ziyeşin "Əl Nəssr"ə transferi baş tutmadı

19:35 - 30 İyun 2023

"Çelsi"nin futbolçusu Hakim Ziyeşin "Əl Nəssr"ə transferi baş tutmayıb.

Sportal.az xəbər verir ki, 30 yaşlı vingerin Səudiyyə Ərəbistanı təmsilçisi üçün keçdiyi tibbbi müayinə uğursuz alınıb. Belə ki, futbolçunun dizində zədə aşkarlanıb. Mərakeşli ön xətt oyunçusu Londonda qalacaq.

Qeyd edək ki, "Çelsi" Hakim Ziyeşi 2020-i ilin yayında "Ayaks"dan transfer edib. Mərakeş millisinin üzvü son mövsümdə "mavilər"in heyətində meydana çıxdığı 24 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti