Almaniyada  Dünya Kontinental Turu çərçivəsində 30-cu "Midsommar - Charlottenburger - Mittsommernacht" yarışı təşkil olunub. 

Sportal.az xəbər verir ki, yarışda Azərbaycan təmsilçisi Yekaterina Sarıyeva da gücünü sınayıb.

İdmançımız üç təkanla tullanma üzrə 13.33 metr nəticə ilə qızıl medal qazanıb.