"Beşiktaş"dan ayrılan futbolçu Səudiyyə ərəbistanı klubunda

16:30 - 15 Avqust 2023

"Beşiktaş"dan ayrılan Kevin Nkudunun yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 28 yaşlı vinger karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Kamerunlu futbolçu "Damak"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ərəblər təcrübəli ön xətt oyunçusu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Beşiktaş" Kevin Nkudunu 2019-cu ilin yayında "Tottenhem"dən transfer etmişdi. O, son mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti