"Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov Sportal.az saytına müsahibə verib:
- Yeni mövsümün hazırlığı necə gedir?
- İki həftədir hazırlığa başlamışıq. Yeni gələn oyunçularımız var. Komandanın tərkibi təxminən 80 faiz dəyişib. Heyəti müəyyənləşdirmək üçün yoldaşlıq oyunları keçiririk. Çatışmazlıqların üzərində işləyirik. Müsbət tərəflər də var, mənfi tərəflər də. Danışıq apardığımız futbolçular var. "Karvan"la yoxlama oyunu keçirdik. Komanda pis deyildi. Rəqib bir aydan çoxdur ki, hazırlığa başlayıb. Oyun baxımından üzərində çalışmalı olduğumuz məqamlar var.
- Hədəfiniz nə olacaq?
- Hədəfimiz yalnız çempionluqdur.
- "Araz-Naxçıvan" I Liqada çempion olduqdan sonra Premyer Liqaya yüksəldi. Bu, sizə əlavə motivasiya verir?
- Bəli, idman prinsipləri qorundu. Bu, yaxşı haldır. Hamı çempion olub Premyer Liqaya yüksəlmək istəyir. Həmçinin biz də. Toplanışa gec başladıq. Buna baxmayaraq, komanda komandamızda irəliləyiş göz qabağındadır. Qarşıda hələ bir ayımız var. İşləyib çempionata tam hazır vəziyyətdə başlayacağıq.
- Çempionluq şansınızı necə dəyərləndirirsiniz?
- Mənim fikrimcə, 4-5 komandanın şansları bərabərdir. Kiminsə daha üstün olduğunu deyə bilmərəm. Hazırda kimisə aşkar favorit hesab etmirəm. Komandalar transferlər ediblər. AMma bunlar hamısı I Liqada oynamış futbolçulardır. Ona görə də demək olmaz ki, kimsə digərlərindən güclüdür. "Karvan"da 3-4 legioner var. Buna baxmayaraq yoxlama matçında onlardan geri qalmadıq. Biz ikinci hissədə daha yaxşı oyun göstərdik.
- Dövlətin ayırdığı vəsaitdən əlavə komandanın maliyyəsi var?
- Bəli, gözlənilir. Hazırda bununla bağlı iş gedir. Bank hesabı açılıb. İcra Hakimiyyəti, yerli sahibkarların ianə edərək komandaya dəstək olmağı gözlənilir. Sponsorla bağlı isə nəsə deyə bilmərəm. Bununla bağlı rəhbərlik iş görür. Klub prezidenti bu haqda daha detallı məlumat verə bilər.
Elçin Əlixan
saytlarin hazirlanmasi