"Lerik" "Şəfa"nı darmadağın etdi - VİDEO

22:21 - 18 Sentyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında III turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Lerik" öz meydanında "Şəfa"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 6-ya yüksəldən "Lerik" turnir cədvəlinin III pilləsində qərarlaşıb. Bütün oyunlarda məğlub olmuş "Şəfa" isə sonuncu yerdədir.

"Lerik" - "Şəfa" 6:1

Qollar: Kamran Abdullazadə, 6, Qədir Həsənov, 7, Zaur Nuruzadə, 44, Balarza Qədirli, 45+1, Şəhriyar Zərbəliyev, 56, Vusal Nuriyev, 90+2 - Sahib Cümşüdov, 36

Xəbər xətti