Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Avropa Konfrans Liqası qrup mərhələsinin ilk turunda "Astana"nı 5:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, matçdan sonra Zaqreb təmsilçisinin futbolçusu Martin Baturina iddialı açıqlama verib. 20 yaşlı vinger turnirin qalibi ola biləcəklərini deyib:

"Rəqibin müqavimətini qıracağımız anı gözləyirdik. Onlarla Çempionlar Liqasının təsnifat mərhələsində qarşılaşmışdıq. Ona görə də necə oynayacaqlarını bilirdik. "Dinamo" olaraq bu il Konfrans Liqasını qazana bilərik. Çox yaxşı komandamız var".