"Neftçi"nin yeni transferi haqda: "Mirzova Rusiya çempionatında niyə yer tapılmadığını söyləmək çətindir"

15:19 - 27 Sentyabr 2023

Rusiyanın "Ximki" klubunun sabiq futbolçusu İlya Kuxarçuk keçmiş komanda yoldaşı Reziuan Mirzovun "Neftçi"yə keçidinə münasibət bildirib.

Sportal.az xəbər verir ki, “Матч ТВ”yə danışan 33 yaşlı futbolçu Azərbaycan klubunun Rusiya komandalarından yaxşı səviyyədə olduğunu deyib:

"Reziuanla münasibətim qalıb. "Neftçi"yə keçməmişdən iki gün əvvəl onunla yazışdıq. Mənə heç nə demədi. O, təkliflərin çox olduğunu, lakin hələ getməyə hazır olmadığını bildirmişdi. İki gündən sonra isə onun “Neftçi” ilə müqavilə imzaladığını gördüm. Mən onu narahat etmək istəmədim. Mirzova uğurlar arzulayıram. Düşünürəm ki, “Neftçi” çox güclü komandadır. Mirzov özü də güclü futbolçudur. Ona Rusiya çempionatında niyə yer tapılmadığını söyləmək çətindir. Yəqin ki, buna “Ximki”nin aşağı liqaya düşməsi təsir etdi. Buna fikir verirlər. Futbolçunun 30 yaşı var. Düşünürəm ki, indi variantı layiqlidir. “Neftçi” Rusiya Premyer Liqasının bir çox komandasından yüksək səviyyədədir".

İlya "Rubin", "Anji", "Şinnik", "Ximki", "Torpedo"(Moskva) klublarında oynayıb və hazırda "Nijni Novqorod"un üzvüdür.

Mirbağırağa

Xəbər xətti