İtaliya millisinin sabiq baş məşqçisi Antonio Konte yenidən fəaliyyətini bərpa etmək istəyir.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Səudiyyə Ərəbistanından gələn təklifi rədd etdiyini açıqlayıb:
“Yuventus”da cəmi üç il işlədikdən sonra ayrıldığım üçün peşmanam. Nə vaxtsa özümü “Roma” və ya “Napoli”də sınamaq istəyərdim. Ancaq adətən mövsümün sonunda komandaya baş məşqçi təyin olunmağa üstünlük verirəm. Mən Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifdən imtina etdim".
54 yaşlı məşqçi son dəfə “Tottenhem”də işləyib. O, bundan əvvəl “Siena”, “Bari”, “Atalanta”, “Yuventus”, “Çelsi”, “İnter” klubları ilə yanaşı, İtaliya millisində işləyib.
saytlarin hazirlanmasi