Gürcüstanın "Rustavi" klubunun müdafiəçisi Raul Hacıyev Azərbaycanın U-19 yığmasına cəlb edilsə də, rəsmi matçlarda oynaması üçün ona sonda pasport verilməyib. Buna görə də, müdafiəçi yığma komandamıza qarşıdakı tsikldə kömək etməyəcək. Halbuki, futbolçunun valideynləri Gürcüstanda yaşayan azərbaycanlılardandır. Lakin AFFA ona yerli pasportu ala bilməyib.
"Rustavi"də çıxış edən gənc müdafiəçi məsələ haqda Sportal.az saytına açıqlamasında vəziyyəti izah edib:
"Bəli, təəssüf ki, Azərbaycan millisinə kömək edə bilməyəcəm. Amma mən millimizə kömək etməyi çox istəyirdim. Bütün ürəyimlə yığmamıza kömək edəcəkdim. Sadəcə pasport məsələsi alınmadı. Müəyyən müddət idi ki, gözləyirdim, sonda neqativ cavab gəlib. Təəssüf ki, belə oldu. Yoxsa, hamı bilir ki, mən Azərbaycan millisini necə sevirəm və yığmada oynamağı necə çox istəyirdim. Millimizə təsnifat görüşlərində uğurlar arzulayıram. Bu dəfə alınmasa belə, mənim millidə oynamaq istəyim bitmir. Ümid edirəm ki, qarşıdakı vaxtlarda Azərbaycan yığmasında oynayacam".
Qeyd edək ki, Hacıyev U-19 yığmamızın iki toplanışına cəlb edilmiş və qısa zamanda aparıcı futbolçuya çevrilmişdi. Ona Gürcüstanın aşağı yaş qruplarından ibarət yığmalarından dəvət gəlsə də, o, seçimi Azərbaycandan yana etmişdi. Hacıyev Rustavi şəhərində dünyaya gəlib.
Mirbağırağa
saytlarin hazirlanmasi