Bir dəqiqəyə 16 nəfər cəzalandırıldı, antirekorda imza atdılar

15:32 - 8 Noyabr 2023

Çexiyanın "Sokol" klubunun futbolçuları bir dəqiqə ərzində 16 sarı vərəqə alaraq antirekorda imza atıblar.

Sportal.az Çexiya mətbuatına istinadən xəbər verir ki, aşağı divizionunda baş tutan matçdan əvvəl futbolçular qol vuracaqları təqdirdə, hər kəsin formalarını çıxaracağı ilə bağlı razılığa gəliblər.

82-ci dəqiqədə “Sokol” hesabı 6:0 etdikdən sonra həm əsas, həm də ehtiyat skamyadakı futbolçular eyni anda formalarını çıxarıb və belədə, baş hakim onların hər birinə sarı vərəqə verib. 
 

Xəbər xətti