"Mançester Yunayted" Varana əvəzləyici tapdı

17:08 - 8 Noyabr 2023

"Mançester Yunayted" qışda komandadan ayrılacağı gözlənilən Rafael Varana əvəzləyici tapıb.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" fransalı müdafiəçinin yerinə onun həmyerlisini transfer etməyi planlaşdırır. İngiltərə klubu "Nitsa"da çıxış edən Jan Kler Tobidonu heyətinə qatmaq istəyir.

"Mançester Yunayted" 23 yaşlı mərkəz müdafiəçisi üçün qışda Fransa klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Nitsa" Jan Kler Tobidonu 2021-ci ilin yayında "Barselona"dan transfer edib. Fransa millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti