"İnter" müdafiəçi Matteo Darmianı komandadan buraxmaq fikrində deyil.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, "nerazzura" təcrübəli futbolçunun müqavilə müddətini 2025-ci ilin iyun ayına artırmaq niyyətindədir.
Darmian 2021-ci ilin iyul ayından Milan klubunda çıxış edir. Bu mövsüm o, bütün yarışlarda 12 matça çıxıb. 33 yaşlı futbolçunun “İnter”lə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.
O, “Milan”, “Padova”, “Palermo”, “Torino”, “Mançester Yunayted”, “Parma” klublarında oynadıqdan sonra 2020-ci ildə “İnter”ə keçmişdi. Darmian indiyə qədər İtaliya millisində 39 matça çıxıb və bir qol vurub
saytlarin hazirlanmasi