Braziliya millisinin üzvü Mançester klubunda qalacaq

10:34 - 9 Noyabr 2023

"Mançester Yunayted"in hücumçusu Antoni "Flamenqo" və ya Braziliyanın digər klubuna keçməyəcək.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, Braziliya millisinin üzvününü "Flamenqo"ya transferi ehtimal edilirdi.

Lakin o, buna razı olmayıb. Antoni "Mançester Yunayted"də qalaraq əsas heyət uğrunda mübarizə aparmaq niyyətində olduğunu rəhbərliyə çatdırıb.

23 yaşlı futbolçu “Sao Paolo”, “Ayaks”da oynadıqdan sonra 2022-ci ildə “Mançester Yunayted”ə keçmişdi. Braziliyalının “qırmızı şeytanlar”la müqaviləsi 2027-ci il iyunun 30-da bitəcək.

Xəbər xətti