Almaniyanın "Bayer" klubunun müdafiəçisi Edmond Tapsoba Avropa Liqasının H qrupunun 4-cü turunun Bakıda “Qarabağ”a qarşı keçirəcəyi oyunu buraxacaq.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Burkina-Faso millisinin üzvü ötən həftə Almaniya kubokunun “Sandhauzen”lə (5:2) matçında sol qolundan zədə alıb.
Onun əməliyyat olunacağı və yalnız noyabrın 25-də Bundesliqada "Verder"lə oyuna hazır olacağı gözlənilir. Tofiq Bəhramov adına stadionda keçiriləcək "Qarabağ" - "Bayer" matçı saat 21:45-də başlayacaq.