Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsində 4-cü turun matçına çıxıb.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu "Bayer"i qəbul edib. Qarşılaşma Leverkuzen təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Almaniyada keçirilmiş matçda "Bayer" 5:1 qalib gəlmişdi.
Avropa Liqası, qrup mərhələsi, 4-cü tur
21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Leverkuzen, Almaniya) 0:1
Qol: Viktor Bonifase, 90+1 (pen)
Hakimlər: Kreyq Pouson, Simon Bennett, Lee Betts, Con Brooks
Tofiq Bəhramov adına Respublika Stadionu