Almaniya mətbuatı: "Qarabağ"la matç özünü Xabiyə sübut etmək şansıdır"

15:18 - 9 Noyabr 2023

Almaniyanın "Bayer" klubunun ekvadorlu müdafiəçisi Pyero İnkapi Avropa Liqasının H qrupunun 4-cü turunda “Qarabağ”la oyunda zədə səbəbindən ayrılan Edmond Tapsobanın yerinə əsas namizəd hesab olunur.

Sportal.az xəbər verir ki, “Kicker” məhz ekvadorlunun müdafiənin sol cinahında oynayacağını yazıb:

"Bu onun üçün doğma cinahıdır. Leverkuzendə "Qarabağ”la matçda (5:1) olduğu kimi müdafiənin mərkəzində oynayırdı. Lakin Bundesliqada ekvadorlu praktiki olaraq heç bir oyun vaxtı almır. Ona görə də “Qarabağ”la matç onun üçün özünü Xabi Alonsoya sübut etmək şansıdır".

Tofiq Bəhramov adına stadionda keçiriləcək "Qarabağ" - "Bayer" matçına 21:45-də start veriləcək.

Xəbər xətti