Latviya çempionatının başa çatan son turunda "Dauqavpils"in heyətində növbəti qolunu vuran U-21 yığmamızın üzvü Ramin Nəsirli Sportal.az saytına açıqlama verib.
O, "Liepaya" ilə matçdakı vurduğu qol və komandadakı durumu haqda danışıb:
"Vurduğum qoldan da önəmli komandamızın qələbə qazanmasıdır. Təbii ki, qol vurmağım yaxşı oldu. Buna görə sevinirəm. Latviyada vurduğum qolların sayı 3-ə yüksəldi. Hər zaman qol epizodlarından yararlanmağa çalışıram. Sadəcə, bəzən alınır, bəzən isə alınmır. Amma hansı mövqedə oynamağımdan da çox şey asılıdır".
Nəsirli qışdan sonra "Neftçi"yə qayıdacağını deyib: "Dauqavpils"lə icarə müddətim başa çatır. "Neftçi"yə qayıdacam. Sonra isə təklifləri dəyərləndirəcəm".
Mirbağırağa
saytlarin hazirlanmasi