Belçika millisinin üzvünün Azərbaycanla görüşdə iştirakı sual altındadır

16:18 - 9 Noyabr 2023

Belçika millisini üzvü Şarl De Ketelare AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək matçdakı iştirakı sual altındadır.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, belçikalı futbolçu məşqin gedişində zədələnib. 

Bu isə "Atalanta"nın məşqi zamanı baş verib. O, dizindən xəsarət alıb.

Ketelarenin milli komandaların oyunları zamanı bərpa dövrü keçəcəyi gözlənilir. 

Qeyd edək ki, Belçika - Azərbaycan matçı noyabrın 19-da keçiriləcək. 

Xəbər xətti