"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Çempionlar Liqasında "Kopenhagen"ə məğlubiyyətdən (3:4) sonra hakimləri tənqid edib.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis idarəçiliklə bağlı problemlərin olduğunu deyib:
"Kopenhagen”in ilk qolunda Onananın qarşısındakı oyunçu ofsayd vəziyyətində idi. Təkcə bu matçda baş verməyib. Digər matçlarda, demək olar ki, hər oyunda əleyhimizə verilən bir çox qərarlarlar var. Hakimliklə bağlı problemlər var".
Qeyd edək ki, "Kopenhagen" evdə "Mançester Yunayted"ə 4:3 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi