AFFA II Liqa klublarını cərimələdi

17:20 - 9 Noyabr 2023

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edildi:

II Liqa X tur

06.11.2023-cü il tarixində II Liqanın X turunun “Şəfa” – “Qusar” görüşünün oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Şəfa” klubu 80 manat cərimə edilir (maddə 73.1);

06.11.2023-cü il tarixində II Liqanın X turunun “Şəfa” – “Qusar” görüşünə Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəfa” klubu 100 manat cərimə edilir (maddə 72.4);

07.11.2023-cü il tarixində II Liqanın X turunun “Şəmkir” – “Füzuli” oyununun 90+3-cü dəqiqəsində “Füzuli” klubunun baş məşqçisi Amit Quluzadə hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Füzuli” klubu 150 manat cərimə edilir (maddə 42.3);

07.11.2023-cü il tarixində II Liqanın X turunun “Lerik” – “Göygöl” oyununda “Lerik” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” klubu 70 manat cərimə edilir (maddə 37);

07.11.2023-cü il tarixində II Liqanın X turunun “Lerik” – “Göygöl” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Lerik” klubu 80 manat cərimə edilir (maddə 51.2);

07.11.2023-cü il tarixində II Liqanın X turunun “Sheki City” – “Kürmük Qax” oyununda “Sheki City” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilir (maddə 37);

07.11.2023-cü il tarixində II Liqanın X turunun “Sheki City” – “Kürmük Qax” oyununda “Kürmük Qax” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kürmük Qax” klubu 70 manat cərimə edilir (maddə 37).

Xəbər xətti