"Bavariya"nın futbolçusu Camal Musiala sıradan çıxıb.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, gənc futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun "Qalatasaray"la görüşündə (2:1) dizindən zədələnərək oyunu yarımçıq başa vurmuşdu.
20 yaşlı futbolçunun təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Musiala bu mövsüm "Bavariya"nın heyətində 14 matçda meydana çıxıb və 4 qol vurub, 3 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi