"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç Avropa Liqasının H qrupunun 4-cü turunun "Bayer"lə görüşü haqda danışıb.
Sportal.az saytına açıqlama verən monteneqrolu futbolçu komandasının məğlubiyyətini şərh edib:
"Məğlub olduğumuz üçün üzüldük. Yaxşı oyun nümayiş etdirdik. Komandamla fəxr edirəm. Yüksək səviyyəli komandaya qarşı yaxşı oyun göstərdik. Demək olar ki, səhvsiz oynadıq. Almanlara o qədər də şans vermədik. Təəssüf ki, belə bir oyunla nəticə əldə edə bilmədik. Sadəcə, penalti epizodunda bəxtimiz gətirmədi. Heç-heçə bizim üçün yaxşı nəticə olardı. Çox enerji və səy sərf etdik, amma son dəqiqələrdə qol buraxdıq. Uzun müddət kədərlənməyə vaxt yoxdur, qarşıda bazar günü Premyer Liqa matçı var. Bərpa olmaq lazımdır".
Yankoviç, “Qarabağ”ın qrupdan növbəti mərhələyə adlamaq şanslarını da dəyərləndirib: “Bizi Norveçdə ən vacib oyun gözləyir. Bu, həlledici olacaq. Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq üçün bizə qələbə lazımdır".
Mirbağırağa
saytlarin hazirlanmasi