AFFA İntizam Komitəsi "Zirə"nin hücumçusu Vladislav Kulaça 4 oyunluq cəza verib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, buna səbəb ukraynalı futbolçunun Premyer Liqanın 12-ci turunun "Sabah"la görüşünün son dəqiqələrində rəqibin futbolçusuna qarşı etdiyi təcavüzkar davranışı olub:
05.11.2023-cü il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” – “Zirə” oyununun 90-cı dəqiqəsində “Zirə” klubunun 9 nömrəli futbolçusu Vladislav Kulaç təcavüzkar davranış etdiyinə görə 4 oyun cəzalanır, “Zirə” klubu 3000 manat cərimə edilir (maddə 40.3)
saytlarin hazirlanmasi