Türkiyə Superliqasında 12-ci turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" evdə "Qalatasaray"la qarşılaşıb.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Dadaşov meydana start heyətində çıxıb və 87-ci dəqiqədə əvəzlənib.
"Hatayspor" - "Qalatasaray" - 2:1
Qollar: Rivas, 14 Ze, 55 - Zaha, 28