Bu gün Azərbaycan Premyer Liqasında XIII tur başa çatıb.
Sportal.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilib.
"Zirə" "Qəbələ"ni qəbul edib və minimal hesabla qalib gəlib. "Qarabağ" isə "Səbail"i sınağa çəkib. Ağdam təmsilçisi rəqibini asanlıqla məğlubiyyətə uğradıb.
Azərbaycan Premyer Liqası
XIII tur
12 noyabr
"Zirə" - "Qəbələ" 1:0
Qol: Qismət Alıyev 65(p)
Baş hakim: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu
"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 87. İlqar Əhmədov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
"Qəbələ": 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 13. Kristof Atanqana, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava
Baş məşqçi: Elmar Baxşıyev
"Qarabağ" - "Səbail" 3:1
Qollar: Toral Bayramov 8, Benzia 43, Juninyo 55 - Pedro Nuno 76
Baş hakim: Rəvan Həmzəzadə
Tofiq Bəhramov adına Respublika stadionu