Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" bu gün Super Liqada növbəti görüşünü keçirəcək.

Sportal.az xəbər verir ki, Adana təmsilçisi "Fənərbaxça"nı qəbul edəcək.

Qarşılaşmaya 20:00-da start veriləcək.

Şahruddinin komandası 11 oyundan 21 xalla 5-ci pillədə qərarlaşıb. "Fənərbaxça" isə 30 xalla ikincidir.

Millimizin qapıçısı "Adana Dəmirspor"un heyətində cəmi bir rəsmi oyunda meydana çıxıb.