Tanınmış futbolçu Fransaya qayıtdı

14:49 - 12 Noyabr 2023

Qana millisinin forvardı Andre Ayu özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, təcrübəli hücumçu “Havr”la anlaşıb. Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Qanalı 28 nömrəli formanı geyinəcək. 33  yaşlı hücumçu “Marsel”, “Loryen”, “Suonsi”, “Vest Hem”, “Fənərbaxça”, “Əl-Sadd” və “Nottingem Forest” klublarında çıxış edib.
 

Xəbər xətti