"Marsel"in hücumçusu Pyer-Emerik Obameyanq "Barselona"dakı vaxtlarını xatırlayıb.
Sportal.az xəbər verir ki, “footmercato”ya danışan qabonlu hücumçu həmin anlar barədə bunları deyib:
"Çox gözəl idi. Karyeramın ən yaxşı altı ayını “Barselona”da keçirmişəm. Heç vaxt futbol oynamaqdan və məşq etməkdən bu qədər zövq almamışdım. Hətta həftə sonları da məşq edirdim. Əminliklə deyə bilərəm ki, bu sadəcə əla idi".
Obameyanq 2022-ci ildə kataloniyalıların heyətində çıxış edib. O, La Liqada 18 matçda 11 qol vurub