"Çelsi" və "Everton"un keçmiş baş məşqçisi Frenk Lempard karyerasını Çempionşipdə davam etdirə bilər.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, o, "Oksford Yunayted"i çalışdırmağa yaxındır. Artıq tərəflər arasında danışıqlara start verilib.
Son olaraq "Oksford Yunayted"i "Bristol Siti" ilə anlaşmış Liam Manninq rəhbərlik edirdi.
Qeyd olunur ki, Çempionşipdə mübarizə aparan "Oksford Yunayted"in baş məşqçi postuna əsas namizəd məhz Frenk Lemparddır.