“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Zaur Hacıyev Türkiyənin “Fənərbaxça” klubunun akademiyasının qonağı olub. Səfər AFFA-nın təşkilatçılığı ilə baş tutub.
Sportal.az xəbər verir ki, 2022/23 mövsümündə Azərbaycan çempionu olan “Qəbələ”nin U-19 və “Sabah”ın U-17 komandalarının baş məşqçiləri Zaur Hacıyevlə Saşa Yunisoğlu bir həftə İstanbulda olublar. Onlar “sarı-lacivərdlilər”in akademiyasında iş prinsipləri ilə tanış olub, məşq prosesini yaxından izləyiblər. Mütəxəssislər türkiyəli həmkarları ilə fikir mübadilələri aparıb, nəzəri və praktiki təcrübələrini artırıblar.
Türkiyə səfəri haqda fikirlərini açıqlayan Hacıyev bu bir həftənin faydalı olduğunu vurğulayıb: “Fənərbaxça” akademiyasının infrastrukturu Avropa standartlarındadır. Türkiyəli məşqçilərin biliklərini paylaşması, futbolda texnologiyalardan istifadəsi çox yüksək səviyyədədir. İstanbul səfərinin klublarımız üçün faydalı olacağı çox sevindiricidir. “Fənərbaxça” akademiyasının nümayəndələrini qonaq etmək bizim üçün də qürurverici olar”.
saytlarin hazirlanmasi