Azərbaycan yığmasının heyəti və oyunlarının vaxtı açıqlandı

14:17 - 12 Noyabr 2023

Noyabrın 13-dən 22-dək Lüksemburqda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti açıqlanıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, oyunların təqvimini və dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Xəyal Fərzullayev("Sumqayıt"), Rəvan Mirzəmmədov ("Sabah") Əkbər Eyubov(Səbail) Murad Musayev(MOİK), Rüfət Abbasov (Neftçi), Saleh Süleymanov(Cəbrail), Arzu Atakişiyev(Kəpəz) Uğur Səfərov(Qarabağ), Fəxri Məmmədli(Sabah), Murad Ələkbərov(Zirə), Adəm Topalov(Səbail),
Murad Məmmədov(Neftçi), Sadiq Şəfiyev(Turan Tovuz), Eşqin Əhmədov(Qəbələ), Ravil Qafarov(Qəbələ), Şahin Şahniyarov(Qəbələ), Xəyyam Məmmədli (Qəbələ), Sənan Ağalarov(Qəbələ), Edqar Adilxanov(Şamaxı), Nihad Əhmədzadə(Sumqayıt)

Azərbaycan – Bosniya və Herseqovina
15 noyabr. Stade de la Frontiere. Saat 19:00
Baş hakim: Mikkel Redder (Danimarka)
Baş hakimin köməkçiləri: Rene Risum (Danimarka), Kevin Stammet (Lüksemburq)
Dördüncü hakim: Loik Thomas (Lüksemburq)
 
Niderland – Azərbaycan
18 noyabr. Viltz. Saat 19:00
Baş hakim: Yoonas Yaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Kevin Stammet (Lüksemburq)
Dördüncü hakim: Loik Thomas (Lüksemburq)
 
Lüksemburq – Azərbaycan
21 noyabr. Viltz. Saat 21:00
Baş hakim: Yoonas Yaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Denis Emelyanchikov (Belarus)
Dördüncü hakim: Dmitri Dmitryiev (Belarus)
 
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Xəbər xətti