Avropa Liqasının H qrupunda “Qarabağ”ın rəqiblərindən olan “Molde” Norveç çempionatında növbəti oyununua çıxıb.
Sportal.az xəbər verir ki, 28-ci turda adıçəkilən klub “Lilleström”ü qəbul edib.
Görüş “Qarabağ”ın rəqibinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Molde” hazırda 47 xalla 5-ci pillədədir.
Qeyd edək ki, Ağdam təmsilçisi "Molde"ni Bakıda 1:0 məğlub edə bilib. Tərəflər arasındakı cavab görüşü noyabrın 30-da Norveçdə keçiriləcək.
saytlarin hazirlanmasi