"Napoli"nin baş məşqçisi Rudi Qarsiya ilə yollarını ayırmağa hazırlaşır.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, fransalı istefaya göndəriləcək.
Klub rəhbərliyi komandanın nəticələrindən və inamsız olmasından narazıdır. Məhz buna görə də, 59 yaşlı mütəxəssislə yola davam etmək istəmirlər.
Rudi Qarsiya mövsümün əvvəlində "Napoli" ilə müqavilə imzalamışdı. Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, "Napoli" İtaliya A seriyasında 12 turdan sonra 21 xalla 4-cü pillədədir.
saytlarin hazirlanmasi