Ukrayna Premyer Liqasında debüt edən həmyerlimiz: "İki yaşım olarkən ailəmlə birlikdə bura gəlmişik"

11:34 - 14 Noyabr 2023

Ukrayna Premyer Liqasında daha bir azərbaycanlının çıxış etməsi haqda iki gün öncə oxucularımıza xəbər vermişdik.

Sportal.az-ın araşdırmasına görə, "Dnipro-1"in 18 yaşlı vingeri Ramik Hacıyev əslən Azərbaycandandır. 

Futbolçunun özü ilə danışdıq. Hacıyev geniş müsahibə vermək istəməsə də, həmyerlimiz olduğunu təsdiqlədi: "Bəli, əslən azərbaycanlıyam. Həm anam, həm də atam oradandır. Sadəcə, iki yaşım olarkən ailəmlə birlikdə Azərbaycandan Ukraynaya gəlmişik".

Ramik, çox danışmaq istəməməsini isə bununla əlaqələndirib: “Mən hələ ki, oynamalıyam. Oynamağa başlayandan sonra danışaram”.

Qeyd edək ki, futbolçu bu mövsüm Ukrayna Premyer Liqasında "Zarya" ilə görüşdə meydana çıxaraq "Dnipro-1"in heyətində rəsmi debüt etmişdi. Əsas komandanın heyətində məşq edən Ramik tez-tez əvəzedici heyətdə meydanlara çıxır.

Mirbağırağa

Xəbər xətti