“Arsenal”ın və Norveç millisinin yarımmüdafiəçisi Martin Odeqard beyin silkələnməsi səbəbindən "Nyukasl", "Sevilya" və "Bernli" ilə oyunlarını buraxıb.
Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, məşq zamanı top futbolçunun üzünə dəydi.Zərbənin kifayət qədər güclü olduğu ortaya çıxıb.
Müayinə zamanı Odeqarda beyin silkələnməsi diaqnozu qoyulub. Qaydalara görə, bu zədədən sonra futbolçular altı gün istirahət etməlidir.
Heç bir simptom aşkar edilmədiyi təqdirdə, məşqə başlaya bilər. Norveçli milli komandalara görə verilən fasilədən sonra “Arsenal”ın düşərgəsinə qatılacaq.
saytlarin hazirlanmasi