İsveç millisinin baş məşqçisi: "Bizimlə Bakıya gələn insanların hamısı qəhrəmandır"

09:18 - 15 Noyabr 2023

09-18İsveç milli komandasının baş məşqçisi Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək oyunda azarkeşlərin dəstəyinə ümid etdiyini bildirib.

Sportal.az “ABC Nyheter”ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Bakıya gələcək isveçli azarkeşlərə təşəkkür edib:

“Bizimlə Bakıya gələn insanların hamısı qəhrəmandır. Bu illər ərzində bizi sona qədər dəstəkləyən “böyük” ürəyə sahib o qədər insan varki. Bu, bizim üçün çox şey deməkdir”.Qeyd edək ki, İsveç yığmasının Belçika ilə oyunu Brüsseldə isveçli azarkeşlərin xəsarət aldığı terror aktı səbəbindən yarımçıq dayandırılmışdı (1:1).Azərbaycan - İsveç matçı noyabrın 16-da Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər xətti