Kamerun millisinin keçmiş yarımmüdafiəçisi Aleksandr Sonq aktiv futbolçu karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Kədərli şəkildə bildirməliyəm ki, butslarımı mismardan asmağım vaxtı gəldi. Yaoundedə çəkməsiz, ayaqyalın və sərt çınqılda oynayan uşaq kimi başladığım səyahətim mənə uğur qazanmaq üçün güc və cəsarət verdi. “Bastiya”da oynayaraq Fransaya köçəndə elə bildim ki, möcüzəni gerçəkləşdirmişəm. Amma bu, yalnız başlanğıc idi: səyahətim dünyanın ən böyük iki klubu olan “Arsenal” və “Barselona”da davam etdi. Bu yolda mənə bir çox insan kömək etdi: həyat yoldaşım, uşaqlarım, ailəm, dostlarım, agentim, məşqçilərim və əlbəttə ki, həmişə minnətdar olacağım bütün komanda yoldaşlarım. Əlbəttə, “Çarlton”, “Vest Hem”, “Rubin”, “Sion” və “Arta/Solar 7” mənim qəlbimdə əbədi qalacaq. Ölkəmi 60 dəfə təmsil etmək şərəfinə nail olmaq da mənə böyük qürur verdi. Mən xoşbəxtəm ki, mənimlə əbədi qalacaq çox gözəl xatirələrim var".
saytlarin hazirlanmasi