Basketbol üzrə FİBA Avropa Kubokunun müntəzəm mövsümünün D qrupunun 6-cı turu çərçivəsində “Sabah”ın Bakıda Çexiyanın “Nimburk” klubunu qəbul edəcəyi məkan bəlli olub.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionunun noyabrın 22-də keçirəcəyi görüşün yeri dəyişdirilib.
Öncədən görüşün “Sərhədçi” İdman Mərkəzində keçirilməsi gözlənilirdi. Lakin görüşün yeni məkanı Bakı İdman Sarayı olub.
Bunu səbəbi isə bu günlərdə “Sərhədçi” idman mərkəzinin Hərbi Güləş üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşmasıdır.
saytlarin hazirlanmasi