"Krasnodar"ın hücumçusu Olakunle Olusequn Rusiya vətəndaşlığına sahib çıxa bilər.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, forvard bunun üçün cavab gözlədiyini bildirib:
"Mən hələ Rusiya vətəndaşlığını almamışam. Çox güman ki, 2024-cü ildə Rusiya pasportuna sahib çıxacam. Həqiqətən də bu anı səbirsizliklə gözləyirəm və bunun üzərində işləyirəm. Çünki mənim üçün vacib məsələdir".
21 yaşlı futbolçu "Fremad Amager"(Danimarka), "Botev"(Bolqarıstan) klublarında oynadıqdan sonra 2021-ci ildə "Krasnodar"a keçib. O, Nigeriyanın U-17 yığmasının da sabiq üzvüdür.
saytlarin hazirlanmasi