Luis Suarez yenidən millidə

12:59 - 15 Noyabr 2023

Luis Suares Uruqvay millisinin DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün yığmaya cəlb edilib.

Sportal.az xəbər verir ki, təcrübəli hücumçunun Argentina (17 noyabr) və Boliviya (21 noyabr) ilə matçlarda iştirak etmək şansı yaranıb.

Futbolçu sonuncu dəfə 2022-ci il dünya çempionatında milli komandanın heyətində çıxış edib.

Suares 29 qolla Cənubi Amerikanın seçmə turnirləri tarixində ən çox qol vuran ikinci oyunçudur. O, yalnız Argentina millisinin kapitanı Lionel Messidən geri qalır (31 qol) 
 

Xəbər xətti